"Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”
"Report”un xəbərinmə görə, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O xatırladıb ki, baş nazir Artur Rasi-zadənin 2006-cı ildə verdiyi sərəncamına əsasən yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub: "Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə bu məsələ bu günə qədər öz əhllini hələ də tapa bilmir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə belə cavab verib: "Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.
MediaFax