Azərbaycan Kikboksinq Federasiyası və "LAYF" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən qanvermə aksiyası təşkil edilib
Aksiya bu gün, 18 fevral 2017-ci il tarixində saat 10:00-dan başlayıb və 16:30-a kimi Azərbaycan Kikboksinq Federasiyası Atatürk pr. 33c ünvanında yerləşən mərkəzində davam edib.
Qanvermə aksiyasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev də iştirak edib.
Qeyd edək ki, aksiyada istəyən hər kəs iştirak edə bilərdi./ölkə.az/
MediaFax