Deputat Əli Məsimli qaz və işığın bahalaşmasına görə hökuməti sərt tənqid edib.
Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı Əli Məsimli deyib ki, artıq bundan sonra sahibkarlar da qiymətləri qaldırmalıdır:
Deputat bildirib ki, yarımçıq siyasət qeyri-neft sektorunun inkişafına da mane olur:
"İqtisadiyyat Nazirliyi tərəfdən yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması ilə əlaqədar addımlar atılır.
Digər tərəfdən qaz və elektrik enerjisinin qiymətlərinin artırılması ilə sahibkarların xərclərini artırır”.
Əli Məsimli vurğulayıb ki, sahibkar qiymətləri qaldırsa belə, yenə də rəqabətdə uduzacaq:
"Əgər istixanalar qaza və işığa görə, 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyəcək. Bu halda sahibkar artan xərcə görə qiymətləri qaldırmalıdır.
Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq. O məhsulu daxili və xarici bazarda sata bilməyəcək”./modern.az/
MediaFax