Depressiyaya tutulanlar üçün xüsusi otel - Maraqlı

Airbnb saytı Pantone rəng institutu ilə birlikdə otel açıb.
 
Londonda yerləşən məkan qış depressiyası ilə mübarizə aparan insanlar üçün nəzərdə tutulub.

"Tərsinə ev" adlanan otelin interyeri 2017-ci ilin rəngində - "Greenery" qammasında yerinə yetirilib. Məkan müxtəlif bitkilərin çoxlu sayda dibçəkləri ilə bəzədilib.
 
Otaqlardan birində ayışdöşəyi, kolluqlar və ağaclardan ibarət əsl meşə təşkil edilib. Otel əhval-ruhiyyəni qaldırmaq, ilham vermək və mövsümi depressiyadan can qurtarmağa kömək etmək üçün nəzərdə tutulub./buro247.az/

MediaFax