Demirtaş PKK ilə əlaqəsini inkar etdi

PKK terror təşkilatının Türkiyədəki siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş məhbus kimi saxlanıldığı Ədirnə həbsxanasında Diyarbəkir Baş Prokurorluğuna ifadə verib. 

"Prezidentə həqarət” sorğusunda Demirtaş çıxışlarında təhqir elementi olmadığını, sülh mesajları verdiyini qeyd edib. 

"Mən PKK-nın nə rəhbəri, nə üzvü, nə sözçüsü, nə də tərəfdarıyam", deyə o bildirib.
 
Qeyd edək ki, HDP həmsədri Selahattin Demirtaş 9 Sentyabr 2015 tarixində Diyarbəkirdəki çıxışında "axan qanla bağlı HDP-nin zərrə qədər siyasi məsuliyyəti yoxdur. Siyasi qərarı alan Prezident və Baş nazir ikisidir" dediyi üçün haqqında "Prezidentə həqarət” adlı sorğusu başladılıb.

Prokurora dünən ifadə verən Demirtaş çıxışında tək bir təhqir cümləsi olmadığını, söhbətin bir siyasi partiyanın sədri olaraq, başqa bir siyasi partiyaya yönəlik tənqiddən ibarət olduğunu qeyd edib.
 
"Mənim tənqid etdiyim, Prezident və Baş nazirin HDP-ni hədəf göstərib danışırlar. Çıxışlarım hamısı araşdırılarkən, bütün ifadə və fikir azadlığı çərçivəsində olduğuna zərrə qədər şübhə doğurmaz, tamamilə sülh çağırışı daşıdığı çox aydın görünür".

Demirtaş PKK ilə əlaqəsinin olmadığını vurğulayaraq, "mən HDP sədriyəm, bütün şiddət və döyüş vasitələrini tənqid edir və bu siyasətə qarşı çıxıram" deyib./modern.az/

MediaFax