Dəm qazı yenə can aldı - Yenilənib

11:41 
 
Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.
 
Rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.
 
Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.
 
Faktla bağlı araşdırma aparılır./APA/
 
----------
16:44 
 
Dünən Xaçmaz rayonunun Qarabağlı kəndində iş yoldaşı olan qadınla birgə dəm qazından boğularaq ölən Namiq Tağıyevin biznesmen olduğu üzə çıxıb.

N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.

Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb./lent.az/

MediaFax