Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N. Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
X X X
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova yaşadığı evdə dəm qazından zəhərləniblər. Q. Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MediaFax