Dələduzluq etdi, 8 il iş “aldı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Eminov tanıdığı şəxslərə müxtəlif vədlər verməklə onların pulunu mənsimsəyərək şəxsi məqsədləri üçün xərcləyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir./qafqazinfo.az/

MediaFax