Dekoderlər gömrük rüsumundan azad edildi - Bir illik

Azərbaycana idxal edilən rəqəmli qəbuledici (çevirici) qurğular (dekoderlər) gömrük idxal rüsumuna cəlb olunmayacaq.
 
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
 
Bu qərar imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir./APA/

MediaFax