Zəlzələ qurbanlarının sayı 280-i keçdi - Yenilənib

25.08.2016
09:38 
 
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 159-a çatıb.
 
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 132 nəfərin öldüyü bildirilirdi.
 
Rəsmi məlumata əsasən, 106 nəfər Rieti əyalətində, 53 nəfər isə Askoli-Piçeno əyalətində təbii fəlakətin qurbanı olub.
 
X X X
 
İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 247 nəfərə yüksəlib.
 
Bu barədə "France Press" agentliyinə xilasedicilər bildiriblər.
 
Bundan əvvəl 159 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı. İtkin düşənlərin dəqiqi sayı isə hələlik məlum deyil.
 
Xilasetmə işləri bütün gecə boyu davam edib.
 
Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib.
 
Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb.
 
Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub.
 
----------------
27.08.2016 
10:45
 
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 281 nəfərə çatıb.
 
Bu barədə RAİ telekanalı xəbər verib.
 
Məlumata görə, 221 nəfər Amatriçe, 49 nəfər Arkauta-del-Tronto, 11-i isə Akkumoli yaşayış məntəqələrində həyatlarını itiriblər.
 
Seysmoloqların xəbərinə görə, təbii fəlakət zonasında artıq 1000-dən çox yeraltı təkan qeydə alınıb. Avqustun 27-si ölkədə milli matəm günü elan olunub.
 
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib./APA/
 
MediaFax