Dayanacaqlardakı monitorlar niyə işləmir? - Açıqlama

Şəhərdə hazırda 1200 dayanacağın 600-ündə avto informasiya lövhəsi var.

Bu sözləri Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev dayanacaqlarda informasiya lövhələrinin işləməməsi haqda saytımıza danışarkən deyib. O, lövhələrin test rejimində işlədiyini bildirib:

"Hazırda 600 dayanacaqda avto informasiya lövhəsi var. Ondan 400-ü işləyir. Digər 200-ünün də işləməsi üçün işlər gedir. Avto informasiya vasitələrinin quraşdırılması elə də asan məsələ deyil. Onun üçün avtobuslara cps qoşulmalı idi. Hazırda işləyən 400 avto informasiya lövhəsi də test rejimində işləyir. Yaxın zamanda bütün dayanacaqlarda avto informasiya lövhələri işləyəcək”./axar.az/

MediaFax