Davudoğlunun qardaşı saxlanılıb - İddia

Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlunun qardaşı Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılıb.

Bu iddia ilə İsmət Özçelik "Aydınlık” qəzetində dərc olunan köşə yazısında bildirib.

"Keçmiş baş nazir Əhməd Davudoğlunun səsi çox çıxmır. Ancaq son günlərdə Ankara kulislərində hər kəsin ağzında onun adı var. Keçdiyimiz günlərdə qardaşlarından birinin FETÖ istintaqı çərçivəsində saxlanıldığı deyilir. İddialarla bağlı Davudoğlunun bir yaxın adamından soruşduq. "Saxlanılması doğrudur, amma qısa müddət sonra sərbəst buraxılıb” dedi”, - deyə ilə İsmət Özçelik qeyd edib.

Onun sözlərinə görə, Davudoğlunun qardaşının nə zaman saxlanıldığı bilinmir./publika.az/

MediaFax