Daha kənd, şəhər adlarının dəyişdirilməsini istəmirlər - Açıqlama

Milli Məclisin bundan əvvəlki sessiyaları dövründə inzibati ərazi vahidlərinə və yaşayış məntəqələrinin adlarına dəyişikliklər edilirdi.
 
Ancaq son bir il ərzində belə hala rast gəlinməyib.
 
Əvvəllki dövrlərdə deputatlar, xüsusilə də Regional Məsələlər Komitəsinin üzvü bu dəyişiklikləri yerlərdən gələn müraciətlərlə əlaqələndirirdi. Komitənin hazırki sədri Arif Rəhimzadə saytımıza bildirib ki, V çağırış Milli Məclis dövründə onlara bu səpkidə müraciət daxil olmayıb. "İstər kənd, istər qəsəbə, istər rayon, istərsə də şəhər adlarının dəyişdirilməsi ilə bağlı Milli Məclisə müraciət daxil olmayıb”-deyə o əlavə edib.
 
Deputat bildirib ki, buna görə də, yaxın zamanlarda bu cür məsələlərin Milli Məclisdə müzakirə edilməsi gözlənilmir./modern.az/

MediaFax