Daha iki bankdan pis xəbər

Bu gün daha 2 bank valyuta satışını dayandırıb.
 
Bununla da Amerika valyutasını satmayan bankların sayı 20-ə çatıb. Bankların dollar satışını azaltması "qara bazar”ı bir qədər də canlandırıb.

Bu saatlara qədər "qara bazar”da 1 dollar 1,77 manata alınır, 1,7850 manata satılır.

Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,7770 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırdığına görə, dollar axtaranlar - vətəndaşlar, xüsusilə, iş adamları "qara bazar”a üz tutur.

"Qara bazar”da avro da bahalaşıb. 1 Avropa valyutası 1,91-1,92 manata satılır. Alışı isə 1,88 manatdır./fins.az/

MediaFax