Daha bir müğənni həbs edilir

Keçmiş həyat yoldaşı Gökçen Paprika ilə ötən il məhkəməyə düşən məşhur müğənni Tuğba Özerk haqda məhkəmə inanılmaz qərar elan edib.

Müğənni üç məhkəmə prosesinin heç birində də iştirak etməyincə, haqqında həbs qərarı çıxarılıb.

Qeyd edək ki, Özerk ikinci məhkəmə prosesi zamanı İzmirdə anasının yanında olduğunu desə də, İstanbulda bir partidə görüntülənmişdi.

Özerkin keçmiş əri Gökçen Paprika Tuğba Özerkin görüşdüyü Murat Aşıka gecə klubunda xəbərdarlıq etdiyini bildirmiş və xəbərdarlıqlarına qarşılıq olaraq təhdid edildiyini qeyd etmişdi./milli.az/

MediaFax