Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib.
Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçirib.
Rinqə ilk olaraq Albert Səlimov çıxıb. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.
Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayıb. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olub. Rəqibinə qalib gələn Şahsuvarlı 1/4 finala yüksəlib./apasport.az/