Daha bir ölkə vətəndaşlarına Türkiyə ilə bağlı Xəbərdarlıq etdi

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) vətəndaşlarını Türkiyəyə getməkdən çəkinməyə çağırıb.

Bu barədə informasiyanı BƏƏ Xarici İşlər Nazirliyi yayıb.

Yerli mətbuat nazirliyin bu addımı İstanbulda baş verən son terror hadisəsi ilə əlaqədar atdığını söyləyib.

Qeyd edək ki, İstanbulda "Reina" gecə klubuna baş verən silahlı hücum zamanı 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Buna qədər ABŞ və İngiltərə də öz vətəndaşlarına Türkiyəyə getməməyi tövsiyyə edib./axar.az/

MediaFax