Daha bir ölkə Aİ-dən çıxa bilər

İtaliyada referendum seçkilərinə start verilib.
 
Xalqın lazımı səsini toplamayacağı təqdirdə baş nazir vəzifəsini itirə bilər. Ən mühüm detal isə ölkədə bundan sonra Avropa Birliyini tərk etməsi barədə müzakirələrin başlanma ehtimalıdır.

47 milyona yaxın seçicinin iştirak edəcəyi referendum seçkilərinin ölkənin taleyini dəyişdirəcəyi deyilir. 

Referendumda parlament və bir çox dövlət qurumlarında idarəçiliyi dəyişdirəcək, eləcə də baş nazirin postunda qalıb-qalmaması məsələsi səs qoyulacaq.

Amma dünya ictimaiyyətini düşündürən əsas məsələ İtaliyanın refendumdan sonra AB-də qalıb-qalmaması məsələsidir./moderator.az/


MediaFax