Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sözçüsü və Qars üzrə millət vəkili Ayhan Bilgen saxlanılıb.
"Milliyet”in verdiyi məlumata görə, o, Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində Ankarada polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu günə qədər HDP sədri Səlahəddin Dəmirtaş və həmsədri Figen Yüksəkdağ olmaqla 12 nəfər həbs olunub, ümumilikdə 26 deputat saxlanılıb./qafqazinfo.az/
MediaFax