Cinayətkar qruplaşmanın bütün üzvləri ələ keçdi

Çinin Quansi-Çjuansk Muxtar Rayonunun Xeçinin şəhər dairəsinin Daxua-Yaoskoq Məhkəməsi gizli kazinonun təşkilinə və digər cinayətlərə görə 44 nəfərdən ibarət cinayətkar qruplaşma üzvlərini müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata görə, qruplaşma üzvləri 2010-cu ildən 2014-cü ilə qədər İçjou şəhərində bir sıra zorakılıqlar törədiblər. Onlar yerli sahibkarları hədələyərək və şantaj edərək iş adamlarından pul alıblar. Dəstənin qanunsuz gəliri ən azı 500 min yuan (təxminən 73 min dollar) təşkil edib.

Məhkəmənin hökmünə əsasən, dəstəyə başçılıq edən 2 nəfər azadlıqdan 25 il müddətinə məhkum edilib. Bundan başqa, onların hər birinin 500 min yuan dəyərində əmlakı müsadirə ediləcək.

Cinayətkar qruplaşmanın digər 42 üzvü 10 aydan 20 ilə qədər müxtəlif müddətlif həbs cəzaları alıblar./report.az/

MediaFax