Cəbhəyə gələn erməni general yaralandı - Qospitala düşdü

Bu gün səhər saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.

Ermənistan KİV-lərinin məlumatına görə general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirdi./virtualaz.org/

MediaFax