Cəlilabadda canavarlar qoyun sürüsünə hücum edib.
Hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyun-quzular örüş sahəsində olarkən kolluqdan çıxan bir neçə canavarın hücumuna məruz qalıb. Hadisəni görən çoban dərhal yaxınlıqdakı sakinləri köməyə çağırıb. Onların müdaxiləsindən sonra yırtıcılar qaçaraq, uzaqlaşıb. Bununla belə, canavarların hücumuna məruz qalan bir neçə qoyun tələf olub.
Yerli sakinlərin sözlərinə görə, ərazidə canavarlar mütəmadi olaraq xırdabuynuzlu heyvanlara hücum edir.
Hadisə ilə bağlı Cəlilabad Rayon Baytarlıq İdarəsi məlumatlandırılıb. Qurumun baytar-həkimləri əraziyə gələrək, tələf olmuş heyvanları xüsusi qaydada zərərsizləşdiriblər./APA/
MediaFax