Göyçay rayonunda xırda buynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb.
Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan onunu tələf edib, 16-nı isə yaralayıb.
Yaralanan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez kəndlərə soxularaq fərdi təsərrüfatlara zərər vururlar.
Qorxmaz İsmayılov - Təsərrüfat sahibi: "Səhər-səhər 6-da gəlib gördük ki, canavarlar 10 baş heyvanı qırıb. Qalan heyvanların da hamısını yaralayıb"./ARB/
MediaFax