Cahangir Hacıyevin kadrı istefaya getdi

"İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

Klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. "İnter” PİK-in rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki,"Beynəlxalq Bank"ın rəsmi sponsorluq etdiyi "İnter" klubunun prezidenti Rəşad Qasımov mətbuatda Cahangir Hacıyevin kadrı kimi tanınıb.
 
"Beynəlxalq Bank"ın həbsdə olan rəhbərinin bir çox cinayət əməlində onun da adı hallanıb./qafqazinfo.az/

MediaFax