Türkiyə, YPG, ABŞ və Suriya ordusu qarşı-qarşıya
Qabil Hüseynli: "Yaxın vaxtlarda Amerika Əsədi devirəcək və böyük müharibə olacaq”
Suriyada hərbi əməliyyatların genişlənməsi siyasi durumu yenidən mürəkkəbləşdirib.Türkiyənin PYD/YPG terror təşkilatının nəzarətində olan Menbiç şəhəri üzərinə hücuma hazırlaşdığı bir vaxtda Rusiya silahlı qüvvələri Palmira şəhərini İŞİD yaraqlılarından azad edib.Sağ qalan İŞİD üzvləri Suriyanın şərq ərazilərinə çəkilir. Rusiya aviasiyasının zərbələrindən sonra Suriya hökumət qüvvələri Palmiranın qala qapısı adlanan hissəsindən şəhərə daxil olub.Tarixi Palmira şəhərinin artıq Əsəd rejiminin nəzarətinə verildiyi bildirilir.Eyni zamanda, Suriyanın şimal-şərqindəki Menbiç bölgəsini nəzarətdə saxlayan PYD/YPG silahlıları Türkiyə siahlı qüvvələrinin və Azad Suriya Ordusunun birgə hücumuna mane olmaq üçün ərazini tərk edərək Bəşər Əsəd hökumətinə təhvil verməyə hazır olduğunu bəyan edib.
Kürd terrorçuların gözlənilməz addımı Türkiyəni əməliyyat planını hələlik təxirə salmağa vadar edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Menbiç üzərinə hücum əmrinin verilmədiyini deyib: "YPG-dən dərhal Menbiçi tər etməsini tələb edirik. O şəhərlər orada yaşayanlarındır. YPG oradan çəkilməsə, onları vuracağımızı əvvəlcədən bildirmişik.ABŞ komandirləri Obamanı bir vaxtlar aldatdı.Ancaq Tramp administrasiyasının da eyni tələyə düşməyəcəyinə ümid edirik.YPG və başqa terror təşkilatı ilə mübarizəmiz bizi ABŞ-la qarşı-qarşıya gətirməməlidir.Terror təşkilatlarının yanında heç bir müttəfiqimizin yer almasını arzu etmirik”- Çavuşoğlu belə deyib.
Artıq Palmirada möhkəmlənən Bəşər Əsəd rejimi Menbiçə nəzarəti də ələ keçirərsə, o zaman Suriya hökuməti daha geniş əraziyə nəzarət etmək imkanı qazanacaq.Ankara isə Menbiçi kürd yaraqlılardan azad etdikdən sonra yerli ərəb əhalini öz yurdlarına qaytarmağı, həmin bölgəni ASO-nun nəzarətinə verməyi planlaşdırıdı.Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Komandanlıq İdarəsinin rəisi Sergey Rutskoy Menbiçin PYD/YPG-dən alınaraq Suriya hökumət qüvvələrinin nəzarətinə veriləcəyini deyib.Onun sözlərinə görə, artıq tərəflər arasında əldə olunmuş razılığa əsasən martın 3-dən Menbiçin Əsəd rejiminin tabeliyinə verilməsi işlərinə başlanılıb.Bu da Türkiyəni ciddi narahat edir.Çünki Menbiçin Əsəd rejiminin idarəçiliyinə verilməsi PYD/YPG yaraqlılarının adlı çəkilən bölgədən çıxması anlamına gəlmir.Məsələyə münasibət bildirən Türkiyənin müdafiə naziri Fikri İşık bu hadisəni İŞİD, PYD/YPG və Əsəd rejiminin birgə fəaliyyətini isbat edən fakt adlandırıb.Xarici işlər naziri M.Çavuşoğlu isə rejim güclərinin şərqə, yəni Menbiçə doğru hərəkətini müşahidə etdiklərini bildirb. O, Suriyanın mülayim müxalifəti və hökumət qüvvələri arasında toqquşmanın baş verməməsi üçün Rusiyanın vasitəçiliyi ilə razılaşmanın əldə olunduğunu deyib.
Menbiçin tutulmasından sonra Əsəd rejiminin möhkəmlənməsi paralel olaraq, Rusiya və İranın da regiondakı geosiyasi mövqelərinin güclənməsi deməkdir.Vəziyyətin belə dəyişməsi Raqqa üzərinə hücuma hazırlaşan ABŞ-ın planlarına ziddir.Rusiya İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirməsi ABŞ-ın bölgəyə müdaxiləsinin qarşısnı almağa hesablanmış preventiv addım kimi də başa düşülə bilər.Onu da nəzərə almaq lazımdır ki, Menbiç yaxınlığında ABŞ silahlı qüvvələrinin hərbi bazası var. Həmin bazadakı təlim düşərgəsində YPG yaraqlılarına təlim keçilir.Bu baxımdan, Birləşmiş Ştatların Menbiçin Əsəd rejiminin nəzarətinə verilməsinə asanlıqla razı olacağı şübhə doğurur.Hətta amerikalı hərbçilərin Türkiyə ordusunu və ASO-nu əraziyə buraxmaq niyyətində olmadığı xəbər verilir.Türkiyənin "Vatan” qəzetinin yazdığına görə, "Fərat qalxanı” əməliyyatının qarşısını almaq üçün ABŞ tankları fevralın 28-dən Menbiç şəhərinin mərkəzinə yerləşdirilib.ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəisi Cozef Votel Menbiçin koalisiya qüvvələrinin nəzarətində olduğunu deyib.Bununla da amerikalı general Menbiçin başqa qüvvələrin nəzarətinə keçməsinə imkan verilməyəcəyinə işarə edib.Cozef Votel Türkiyənin Menbiç üzərinə hücum əməliyyatının İŞİD-lə mübarizəyə mane olacağını bildirb.Mövlud Çavuşoğlunun Türkiyənin amerikalı müttəfiqləri ilə qarşı-qarşı gəlmək istəmədiyinə dair açıqlaması da Cozef Votelin fikirlərinə cavab sayıla bilər.
Politoloq Qabil Hüseynlinin fikrincə, Əsəd rejiminin möhkəmlənməsi gözlənilən idi. Burada həm Rusiya və İranın rolu olmaqla yanaşı, Türkiyənin xarici siyasətində buraxılan səhvlərin də təsiri olub: "Palmiranın İŞİD-dən azad edilməsində Rusiya əsaəsn hava zərbələri vasitəsilə dəstək verib. Şəhərə yerüstü qüvvələr kimi Suriya ordusu daxil olub.Rusiya İŞİD-ə qarşı mübarizədə ordudan istifadə etmir.Ən mürəkkəb məsələ Menbiçlə bağlıdr.
Kürdlərin Menbiçi könüllü tərk edəcəyi inandırıcı görünmür.Çünki Amerika PYD/YPG-yə güclü dəstək verəcək.Əgər kürd yaraqlıları Menbiçi tərk edərsə və Suriya ordusu ora daxil olarsa, Türkiyə Menbiç əməliyyatını təxirə salacaq.Çünki Türkiyənin əsas məqsədi öz sərhədi boyunca PKK yönümlü kürd silahlı dəstələrinin yerləşməməsidir.Əgər YPG terrorçuları menbiçdən çıxacaqsa, Türkiyənin hərbi əməliyyat aparmasına ehtiyac qalmayacaq. Bu həm də ABŞ-la münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər” .
Qabil Hüseynlinin proqnozlarına görə, Bəşər Əsəd rejiminin bölgədə möhkəmlənməkdə davam edəcəyini söyləmək çətindir . Bu da Əsədə tabe olan silahlı qüvvələrin Suriyanın 40-45 faizinə nəzarət etməsi ilə bağlıdır: "Raqqa hələ onun nəzarətindədir, İŞİD-in paytaxtı olaraq qalır. İdlib əyaləti və onun ətrafında böyük bir ərazi, o cümlədən Türkmən dağı Azad Suriya Ordusunun nəzarətindədir.Suriyanın şimal əraziləri Türkiyənin əlindədir.Üstəlik də Amerika vəziyyətə yenidən müdaxilə etməyə başlayıb.Birləşmiş Ştatlar nə Rusiyanın, nə də İranın Suriyada və İraqda qalmasına razı olmayacaq.Bunun üçün müəyyən hazırlıqlar gedir. Yaxın vaxtlarda biz çox ciddi hərbi əməliyyatların şahidi ola bilərik. Amerikanın əsas məqsədi Suriyada rejimi dəyişdirmək və orada keçid hökumətinin qurulmasına nail olmaq, son mərhələdə isə seçkilər yolu ilə legitim hakimiyyəti formalaşdırmaqdır”.
Politoloq bildirdi ki, ABŞ Rusiyanı Raqqaya buraxmayacaq.Raqqa üzərinə birgə hücum əməliyyatında ABŞ aviasiyası, İraq orsusu və xüsusi təyinatlılarından istifadə ediləcək.Rusiyanın isə bu əməliyyatda iştirak etmək üçün Suriyada kifayət qədər quru qoşunları yoxdur.Türkiyənin Raqqaya hücuma qatılması isə ABŞ-la aparılan danışıqların nəticəsindən, yəni Vaşinqtonun PYD/YPG-yə dəstək verib-verməməsindən asılı olacaq./cebhe.info/
MediaFax