Ankarada prezident Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb.
"Hürriyet”in verdiyi xəbərə, bu gün R. T. Ərdoğanın dəvəti ilə ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli paytaxtın Beştəpə məhəlləsindəki prezident sarayına gediblər. Bu, prezident Ərdoğanın öz sarayında iki müxalifət lideri ilə ilk birgə görüşüdür.
Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edir./APA/
MediaFax