Bir müddət öncə böyrək köçürülən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov səhhətindən danışıb.
Aktyor bildirib ki, artıq evə buraxılıb: "Artıq evimdəyəm, özümü yaxşı hiss edirəm. Hər 3 gündən bir analiz üçün xəstəxanaya gedirəm. Çünki həkimlər hansı dərmanın orqanizmimə necə təsir etdiyinə nəzarət edirlər. Bir müddət həkim nəzarətində olacağam. İnanıram ki, hər şey yaxşı olacaq. İnşallah, tezliklə tam sağlamlığıma qovuşub işimin başına dönərəm. Bu ərəfədə çoxları mənimlə maraqlandı, məni ziyarət etdi, narahat oldular. Hər birinə təşəkkür edirəm. Allah hamısından razı olsun”.
Qeyd edək ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkdiyini açıqladıqdan sonra Heydər Əliyev Fondu onun əməliyyat və müalicə xərclərini öz üzərinə götürmüşdü./musavat.com/
MediaFax