Buşun xanımı da xəstəxanaya düşdü

ABŞ-ın xəstəxanaya yerləşdirilən keçmiş prezidenti Corc Buşun həyat yoldaşı Barbara Buş xəstəxanaya yerləşdirilib.
 
Öskürək və yorğunluqdan şikayət edən Barbara Buşun sadəcə müayinə məqsədi ilə xəstəxanaya gəldiyi bildirilib.

Qeyd edək ki, KHOU 11 telekanalının məlumatına görə, 92 yaşlı sabiq dövlət başçısının həyatı üçün heç bir təhlükə yoxdur. Buşun parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilir./bakipost.az/

MediaFax