"Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 1.9 mln. ev təsərrüfatı təxminən 2.8 mlrd. kubmetr təbii qaz istehlak edir”.
İqtisadçı Rövşən Ağayev belə deyib. Onun sözlərinə görə, bu, bir ev təsərrüfatına ayda təxminən 120 kubmetr təbii qaz istehlakı deməkdir:
"Bizim rəsmi statistika ilə "orta statistik ailə" dedikdə orta hesabla hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 27 kub edir.
Nazirlər Kabinetinin təsdiq etdiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 21 kub təşkil etməlidir.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 2.3 mln. ev təsərrüfatı təxminən 8 mlrd. kV-saat elektrik enerjisi istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 290 kV-saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın "orta hesabla hər 100 ailəyə 450 nəfər" rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kV-saat təşkil edir”.
R.Ağayevin sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi minimum kommunal xidmət normativinə görə bir nəfərin minimal aylıq istehlakı 50 kV-saat elektrik enerjisi təşkil etməlidir:
"Yəni, həm təbii qaz, həm də elektrik enerjisinin faktiki istehlak səviyyəsi hökumətin rəsmi təsdiq elədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır”.
MediaFax