Bunu hamıdan çox mən istəyirəm - Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin lehinə çıxış edib.

Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə Poroşenko "Berliner Morgenрost”a müsahibəsində məlumat verib.

"Bilirsiniz, sanksiyaların ləğvini hamıdan çox kim istəyir? Prezident Poroşenko. Lakin bundan əvvəl Rusiya ərazilərimizdəki bütün qoşunlarını geri çəkməlidir ki, Ukrayna vahidliyini və suverenliyini bərpa edə bilsin”, -deyə Ukrayna prezidenti qeyd edib.

Eyni zamanda Poroşenko bildirib ki, sanksiyaların tələsik ləğvi Ukraynaya qarşı "Rusiya təcavüzünü” daha da möhkəmləndirəcək.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaları saxlamaq "Normand formatında” danışıqlarda müsbət dinamika, həmçinin artıq əldə olunmuş razılıqların rəsmi Moskva tərəfindən həyata keçirilməsi üçün stimuldur./aznews.az/

MediaFax