Bunu etməklə səhvə yol vermişik - Alman nazir

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble hökumətin 2015-ci ildə ölkəyə yüz minlərlə qaçqının gəlməsinə icazə verilməsi ilə bağlı siyasi kursunun səhv olduğunu etiraf edib.
 
V. Şoyble bunu "Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.
 
Maliyyə naziri deyib ki, 2015-ci ildə nəzarətdən çıxan bir çox məsələləri həll etməyə çalışıblar: "Biz siyasətçilər də insanıq və biz də səhv edə bilirik. Lakin səhvlərdən öyrənmək olur”.
 
Qeyd edək ki, 2015-ci ildə Almaniyaya 900 minə qədər qaçqın gəlib. Qaçqın axını Avropa İttifaqı və Türkiyə arasında qaçqın axınına nəzarətin sərtləşdirilməsi ilə bağlı müqavilə imzalanandan sonra azalıb. Almaniya baş naziri Angela Merkel də dəfələrlə bəyan edib ki, qaçqınlarla bağlı 2015-ci ildəki situasiya təkrarlanmamalıdır./APA/

MediaFax