Büdcə ilə bağlı daha bir xəbər

Artıq "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsi Milli Məclisə təqdim olunub və yaxın günlərdə onun müzakirəsi olacaq. 

Bunu saytımıza açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib:

"Qarşıda Milli Məclisdə növbəti ilin büdcə layihəsinin müzakirəsi gözlənilir. Büdcədə maaşlarda, müavinət və pensiyalarda artımın olması gözləniləndir. Ola bilər ki, bununla bağlı atılacaq addımlar barəsində əhaliyə məlumat verilsin"./milli.az/

MediaFax