Bu yemək qadağan oluna bilər - Maraqlı

Yerli kütləvi informasiya vasitələrinin fikrincə, verdiyi son səs-küylü bəyanatdan sonra İslandiya prezidenti Qvüdni Youhannessonun reytinqi təhlükə altına düşüb.

"New York Post” xəbər verir ki, məktəblilərlə görüşü zamanı ölkə başçısı pizzaya ananasın əlavə edilməsinin əleyhinə olduğunu deyib.

Mənbə bildirir ki, yeniyetmələrdən biri prezidentdən ən xoşu gəlmədiyi yeməyin adını çəkməsini xahiş edib. Youhannesson da tərəddüd etmədən ananaslı pizzanı misal gətirib və əlavə edib ki, bu yeməyin qadağan olunmasını istəyərdi.

Həmin hadisədən sonra yerli KİV prezidentin reytinqinin aşağı düşəcəyini güman edir. Son sorğuların nəticələrinə görə, İslandiya əhalisinin 97 faizi ölkə başçısının fəaliyyətini bəyənir./virtualaz.org/

MediaFax