Dünyada istiləşmə qlobal problemlər yaratmaqdadır.
Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb.
Bu xəbər 2014-cü ildə yayılıb. Bu barədə ilk dəfə ingilis tədqiqatçılar məlumat alıblar. Onlar havadan çəkiliş edərkən çatı müşahidə ediblər.
Çatın getdikcə böyüdüyü və genişləndiyi müşahidə edilib. Ümumi uzunluğu 80 kilometrdən çox olan çatın eni isə 90 metrə qədərdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çat böyüməyə davam edəcək və yeni bir buz dağı yaranacaq.
Alimlər hesab edirlər ki, əgər belə istilər davam edərsə, bir müddət sonra Antarktida qitəsinin görünüşünün yaxın zamanda dəyişəcək./ölkə.az/
MediaFax