Bu qəsəbədə işıqlar niyə tez-tez sönür?

Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsinin sakinləri qəsəbədə tez-tez işıqların söndürülməsindən narazıdırlar.

Bununla bağlı saytımıza müraciət edən qəsəbə sakini Faiq Kazımov bildirib ki, 1 ildir ki sözügedən problemlə qarşılaşıblar: "Həftə ərzində ən azı 4-5 dəfə işıq sönür. Hər dəfə də deyirlər ki, qəza baş verib. Bir qəsəbədə nə qədər qəza baş verər, başa düşə bilmirik. Rayon İcra Hakimiyyətinə də sakinlər adından ərizə ilə müraciət etmişik. Ancaq problemi həll edən yoxdur”.

Problemlə əlaqədar "Azərişıq” ASC-nin Şimal zonası üzrə mərkəzi dispetçer xidmətinin əməkdaşı Mürşüd Rüstəmovla əlaqə saxladıq. O bildirib ki, qəsəbədə bu il yeni stansiya tikilib. Stansiyaların ümumi sayı 5-ə çatıb. Qəsəbədə dayanıqlıq sistemi gücləndirilib. İndi ola bilər ki, nasazlıq baş versin, qoruyucu yansın, ancaq kütləvi şəkildə açılma yoxdur. İşığın sönməsindən xəbərdarıq, əməkdaşlarımız hazırda problemin həllinə çalışırlar”./qafqazinfo.az/

MediaFax