Neft hasilatı AZALDILDI: Dünya iqtisadiyyatına təsir edəcək - MÜHÜM RAZILAŞMA

OPEC üzvü ölkələr və təşkilata üzv olmayan neft istehsalçıları hasilatın azaldılması barədə razılıq əldə edib

OPEC üzvü ölkələr və təşkilata üzv olmayan neft istehsal edən dövlətlər neft hasilatını gündə 600 min bareldən çox azaltmaqla bağlı razılıq əldə edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar OPEC-in Vyanadakı mənzil-qərargahında keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Xatırladaq ki, daha əvvəl OPEC üzvü olan ölkələrin təşkilata daxil olmayan neft istehsalçılarının hasilatı gündə 600 barel azaldacağı şərti ilə 2017-ci ilin yanvar ayından istehsalı gündə 1,2 milyon barel azaltmaq üzrə razılığa gəldikləri xəbər verilmişdi.

MediaFax