Bu qadın kişi həbsxanasına göndərilir

Avsrtiyada ərini və sevgilisini amansızlıqla öldürməklə bir neçə il öncə dünya mətbuatının gündəmini zəbt edən Estibaliz Karranzadan xəbər var.

2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Karranza əvvəlcə qadın məhkumların olduğunu həbsxanaya yerləşdirilib. Daha sonra isə Avstriya Məhkəməsi xanım cinayətkarın digər məhkum qadınlar üçün böyük təhlükə olduğunu hesab edib.
 
Məhkəmə Karranzanın Aste şəhərində yürləşən kişi məhkumların qaldığı həbsxanaya nəql ediləcəyinə dair qərar qəbul edib. Onun yaxın vaxtlarda kişi həbsxanasına köçürüləcəyi bildirilir.

Xatırladaq ki, Karranza 2008 və 2010-cu illərdə həyat yoldaşı və sevgilisini öldürdükdən sonra bədənlərini mişarla parçalara ayırıb, daha sonra cəsədləri dondurma dükanının arxasında basdırıb.
 
Qeyd edək ki, Meksika əsilli Karranza "dondurma satan qatil” adıyla məşhurdur./bakipost.az/

MediaFax