Bu ofşor zonalarda qeydiyyatda olanlar Azərbaycanda səhm ala bilməyəcək - SİYAHI

Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"nı təsdiq edib.
 
Siyahıya 17 ofşor zona daxil edilib.
 
Beləliklə, siyahıda Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ-ın Virgin adaları yer alıb./APA/

MediaFax