Bu müğənni Azərbaycanı birdəfəlik tərk edir

Müğənni Ayan Babakişiyeva bu gün Türkiyəyə yola düşür. 

İfaçı birdəfəlik İstanbula köçür. 

A.Babakişiyeva "Həyat tərzi” verilişində bu haqda danışaraq, göz yaşlarını saxlaya bilməyib.

O bildirib ki, qızı Selena üçün buradan gedir:

"Qızım üçün belə lazım idi. Onun üçün hər şeydən keçdim. 3-4 aydır oradayam. Böyük şirkət açmışam. Düşünürəm ki, uğurlu olacaq. Hamımız kim üçünsə yaşayırıq. Mən də qızım üçün yaşayıram. Belə lazım idi, Selena orada böyüməliydi. Özüm artıq Azərbaycanda xoşbəxt deyildim, qızımı necə xoşbəxt edə bilərdim?

Bilirəm ki, nə vaxt qayıtsam, dostlarım yanımda olacaq. Orada sıfırdan başlayıram. Burda hara gedirsən, adamı tanıyır, hörmət edirlər. Orda isə səni heç kim tanımır, hərdən pis təsir edir”./axşam.az/

MediaFax