Azərbaycanın 26 rayonu üzrə keçirilən diaqnostik qiymətləndirmədə ən yüksək – 100 nəticə göstərən müəllimlər vəzifədə irəli çəkilə bilər.
Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, ilk növbədə diaqnostik qiymətləndirmə müəllimlərin imkanlarını dəyərləndirmək üçün bir vasitədir:
"Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin dərs saatları artırılır. Diaqnostik qiymətləndirmələrdə ən yüksək nəticə göstərən müəllimlərin dərs saatlarının artırılması onlara gələcək karyera yüksəlişində göstəriləcək ən yaxşı etimad olacaq. Eyni zamanda, belə müəllimlər mentor kimi öz həmkarlarına gələcək təlimlərin təşkilində və bir çox digər layihələrdə irəli çəkilə bilərlər”.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanın 26 şəhər və rayonu üzrə keçirilən diaqnostik qiymətləndirilmədən dövlət ümumi təhsil müəssisələrində çalışan 36 min müəllim keçib.
Hazırda onların keyfiyyət göstəriciləri təhlil olunur./trend.az/
MediaFax