Sərnişinlər 198 nömrəli marşrut avtobusundan şikayətçidir.
Bu haqda saytımıza sərnişin Zaur Cəfərov məlumat verib.
Z.Cəfərov xüsusilə günün pik saatlarında avtobusun çox gecikdiyini deyir:
"198 nömrəli avtobus gələnə qədər bir neçə 217, 62, 148, 139 saylı avtobus marşrutları gəllib-gedir. Amma 198-in biri gəlib gedənə kimi "yüz il" tamam olur.
Minməyə sıxlıq əlindən yer olmur. Bir səhər, bir də axşamın müəyyən bir hissəsi var ki, əsl peşmançılıq və əsəb sindromunu yaşayırsan”.
Sərnişin deyib ki, avtobus "ayaq saxlayan" kimi sanki canlı qaçış yarışı izləyirsən:
"Hamı sürətlə özünə yer tapıb oturmaq üçün avtobusa minməyə can atır. Kimin bəxtinə nə düşdü, düşdü. Sürücülərin "orta bomboşdu, bir az sıxlaşın" deməyi də adamı çilədən çıxarır. Hər zaman ehtiyac yaranarsa deyirlər, amma ehtiyac çoxdan yaranıb”./modern.az/
MediaFax