Bu ölkənin parlamenti buraxıldı

Bolqarıstan parlamentinin (Xalq Məclisi) 43-cü çağırışının səlahiyyət müddəti yanvarın 27-də başa çatır.

TASS xəbər verir ki, ölkə prezidenti Rumen Radayevin müvafiq fərmanı ilə parlament buraxılıb.

Həmin fərmanla Xalq Məclisinə növbəti seçkilər bu il martın 26-na təyin edilib.

Qeyd edək ki, ölkənin yeni prezidenti Rumen Radayev yanvarın 22-də səlahiyyətlərinin icrasına başlayıb./report.az/

MediaFax