Bu ölkənin neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları 7-13 yanvar həftəsində 2,347 mln. barel və ya 0,48% artaraq 485,5 mln. barel təşkil edib. 

ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyi xəbər verir ki, hesabat həftəsində ölkədə benzin ehtiyatları 5,951 mln. barel artım göstərib. 

Təhlil olunan dövr ərzində ABŞ-da gündəlik neft hasilatı 8,944 mln. barel təşkil edib ki, bu da bir əvvəlki həftə ilə müqayisədə 2 min barel/gün və ya 0,02% azdır. Hesabatın açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 1,6% azalaraq 53,90 dollar/barelə geriləyib.

Neft qiymətlərinin ilk rübdə 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırılır./report.az/

MediaFax