Beynəlxalq qadınlar günü qeyd edilməyəcək
Ukraynada 8 Mart – Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.
İstiPress-in "znaj.ua”ya istinadən verdiyi xəbərə görə, Ukrayna Ali Radasına təqdim edilən qanun layihəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd edilməməsi təklif edilib.
Sovet təsirini tam aradan qaldırmaq istəyən Ukraynanın Beynəlxalq Xatirə İnstitutunun hazırladığı qanun layihəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram statusunu itirib.
İnstitutun direktoru Vladimir Vyatroviç bildirib ki, 9 May – Qələbə Gününu heç kim ləğv edə bilməz:
"Lakin bu tarixi günün əvəzinə 8 May – Xatirə və Barışıq Günü qeyd olunacaq. 8 mart Qadınlar Günü kimi qeyd edilsə də, adi iş günü olacaq”.
MediaFax