Bu il ölkə üzrə yağıntıların miqdarı çox olub.
Bu səbəbdən də belə fikirlər söylənilir ki, quraqlıq olmayacaq. Deməli, qış fəsli boyu bölgələrə, eləcə də, paytaxta qarın çox yağması məhsuldarlığı da artıra bilər.
Bəs respublika üzrə yağıntıların bol yağması ilə bağlı mütəxəssislər nə düşünür?
İqlim dəyişmələri Ozon mərkəzinin direktoru Gülmalı Süleymanov saytımıza açıqlamasında deyib ki, indidən quraqlığın olub-olmaması barədə əminliklə danışmaq doğru deyil.
"Bəzən aylıq proqnoz verirlər. Hətta, yaz fəsli üçün də ayrıca proqnoz verilir. Onu deyə bilərəm ki, hələlik bizə mövsümi proqnoz gəlib çıxmayıb. Amma proqnozlar bürosu aylıq proqnozu açıqlayıb. İl üzrə isə hansısa təbiət hadisəsinin proqnozunu demək çox çətin məsələdir. Temperatur bir il yuxarı olanda, bir il aşağı olur. Orta illik temperatur isə çox dəyişmir. Əgər qış soyuq keçibsə, yay da sərin olur ki, iqlim tarazlaşsın. Qış soyuq keçirsə, yay da çox isti keçməlidir ki, ortalamada uyğunluq olsun”.
Gülmalı Süleymanov yayın quraq keçmə ehtimalını istisna etməyib.
"Bu il qış fəsli ölkəmizə tez qədəm qoyduğuna görə ola bilsin ki, yaz tez girsin. Müəyyən məsələlər var. Məsələn, yayın quraq keçmə ehtimalı var. Amma bu, o qədər də çox deyil. Bu il qış fəsli üçün yağıntıların miqdarı bir qədər çox oldu. Ona görə də yayın quraq keçməsi proseslərdən asılıdır”./modern.az/
MediaFax