Bu il neçə nəfər yol qəzalarının qurbanı olub? - Bakıda

Bu ilin əvvəlindən indiyədək Bakıda yol-nəqliyyat hadisələri zamanı 268 nəfər ölüb, 805 nəfər xəsarət alıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, yanvar ayının 1-dən bu günə kimi, 956 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunlardan 331-i piyada vurulması ilə nəticələnib. Piyada vurulması ilə nəticələnən qəza zamanı 89 nəfər ölüb, 158 nəfər xəsarət alıb.

Sürücünün sükan arxasında idarəetməni itirməsi nəticəsində isə 625 yol qəzası qeydə alınıb. Nəticədə 179 nəfər ölüb, 647 nəfər müxtəlif bədən xəsarətləri alıb.

İndiyə kimi Bakıda sürücülər barəsində 967426 inzibati protokol tərtib edilib.

MediaFax