2016-cı il ərzində "Facebook" sosial şəbəkəsində ən çox müzakirə olunan mövzular açıqlanıb.
CNN xəbər verir ki, il ərzində ən çox müzakirə olunan mövzu ABŞ-da prezident seçkiləri olub.
Siyahının ikincisi Braziliyada siyasi proseslər, üçüncüsü isə Pokemon Go oyunu olub.
Top10-luğa həmçinin Filippində prezident seçkiləri, Olimpiya oyunları, Britaniyanın Avropa birliyindən çıxması, eləcə də məşhur ifaçı Devid Boui və əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm xəbəri daxildir./aznews.az/