Bu gün Qazaxıstana gedəcəkdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən terror aktı səbəbindən Qazaxıstana səfərini təxirə salıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, dövlət başçısı həmkarı Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabr tarixlərində Qazaxıstana səfər etməyi planlaşdırırdı.

İstanbulun Beşiktaş rayonunun "Vodafone Arena" stadionu yaxınlığında baş verən terror aktı nəticəsində 27 nəfər ölüb, 166 nəfər yaralanıb. Hadisə ilə əlaqədar ölkədə bir günlük matəm elan olunub və bütün bayraqlar endirilib.

MediaFax