Bu gün oliqarx toyu olacaq - Bakıda

Bu gün Bakının ən dəbdəbəli restoranlarından birində qazaxlı iş adamı, bir sıra mebel salonlarının, şadlıq evlərinin rəhbəri Elçin Carçıyevin oğlu Murtuz Çarçıyevin toyu olacaq.
 
Toyda Azərbaycan estradasının ən məşhur ulduzları, millət vəkilləri, icra başçıları, eyni zamanda xaricdən qonaqlar iştirak edəcək.
 
Murtuz Çarçıyevin qohum olacağı ailə də mətbuata yad deyil. O, Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxışovun nəvəsi ilə ailə həyatı qurur.
 
Qeyd edək ki, Çingiz Baxışov 2014-cü ilin yanvarında Ziya Məmmədovun müşaviri təyin olunub. Bundan əvvəl o, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri olub. Ona qədər isə "Avtonəqliyyat" Servis Departamentinin rəisi işləyib. Toyda nəqliyyat naziri Ziya Məmmədovun da iştirak edəcəyi gözlənilir. 
 
Toyu olacaq Murtuz bir müddət öncə "instagram"da paylaşdığı dəbdəli şəkillərlə mətbuatın gündəminə gəlmişdi. O sosial şəbəkədə ona gələn suallardan birinə belə cavab verib: "Mən 11 yaşından gəzib, kef edirəm"./azxəbər.com/

MediaFax