Bu gün divar tikmək zamanı deyil - Ruhani

"Bu gün millətlər arasında divar tikmək zamanı deyil. Onlar bir neçə il əvvəl Berlin divarının yıxıldığını unudublar?"

Bu sözləri İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə divarın tikilməsi ilə bağlı əmrinə münasibət bildirərkən deyib.  

Onun sözlərinə görə, millətlər arasındakı divarları aradan qaldırmaq lazımdır: "Hazırda hamı mədəni, elmi planda qonşuya çevrilib, texnologiyalar isə müxtəlif dövlətlər arasında böyük məsafələri qət etməyə imkan verib. Bu gün heç kim qloballaşmaya qarşı çıxmaq iqtidarında deyil"./virtualaz.org/

MediaFax